Müğənni Nadir Qafarzadə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə qalmaqal yaradıb.
“8 Mart bayramında arvadına hədiyyə alan bəzi kişilər o hədiyyələri nümayiş etdirməsinlər. Bu, görməmişlikdir, çuşkalıqdır. Birinin var, birinin yoxdur. Birinə hədiyyə alınıb, digərinə yox. Qoy o qadınlar bu gün pərt olmasınlar. Hədiyyə almayan kişilər də özlərini pis hiss etməsin. Hədiyyə alırsınızsa, bunu kamera olmadan edin. Belə ədəbsizlik etməyin. Adam ac olar, kişi olar. Əsl kişilər belə şeyləri nümayiş etdirmir”.