Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bu günki açıqlamalarında Krallığın hava hücumundan müdafiə qüvvələri tərəfindən Şeybah neft yatağını hədəf alan 16 İran dronunu məhv etdiyini bildirib.
Hafta.az yazır ki, müdafiə nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki bildirib ki, Şeybah yatağına doğru gedərkən boş ərazilərdə dörd dron məhv edilib.
Başqa bir açıqlamada o, yatağa edilən növbəti hücum cəhdində daha altı dronu zərərsizləşdirdiklərini bildirib.
Amma hücum bununla yekunlaşmayıb, Şeybah istiqamətində uçan daha dörd dron, bir az sonra isə əlavə iki dron vurularaq məhv edilib.
Əl-Maliki həmçinin Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinin Şahzadə Sultan Hava Bazasına atılan ballistik raketi havadaca məhv etdiyini bildirib. Eyni zamanda, Ər-Riyadın şərqində bir dron vurularaq zərərsizləşdirilib.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Əl-Xərc bölgəsinin şərqində bir ballistik raketi məhv edib...