AZ

Neftçilərimizin Kot-d’İvuara dəstəyi

Azərbaycan Respublikasının nümayəndə heyəti Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və nazirlik əməkdaşlarının, eləcə də Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin təmsil olunduğu nümayəndə heyəti səfər çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, qurumun karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkəti olan “PetroCI”nin rəhbər heyəti ilə görüşlərdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Söhbət zamanı ARDNŞ-in bu ölkənin “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin neftçilərimizin Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından dəstəyi vurğulanıb.

XQ

Seçilən
1
6
xalqqazeti.az

10Mənbələr