AZ

Uşaqlar cəzaçəkmə müəssisəsində anaları ilə görüşdülər Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində Agentliyin uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.

Uşaqlar hazırladıqları hədiyyələri və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Sonra onların ifasında şeir, musiqi və rəqs nümunələri təqdim edilib və  böyük maraqla qarşılanıb.

Proqram çərçivəsində təşkil olunan əyləncəli oyunlar görüşə rəngarənglik qatıb və xoş xatirələrlə yadda qalıb.  

Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
8
qafqazinfo.az

10Mənbələr