Təxminən 20 sərnişin təyyarəsi Dubay hava limanlarına enə bilmir.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
"Müxtəlif şəhərlərdən təxminən 20 reys hazırda həm BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), həm də qonşu Omanın hava məkanında gözləmə rejimindədir", - deyə mənbə bildirib və qeyd edib ki, təyyarələr eniş icazəsi alana qədər gözləmə rejimində qalacaqlar.
Daha əvvəl BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirilən raket və PUA (Pilotsuz Uçuş Aparatları - dron) hücumlarını dəf etdiyi bildirilirdi.
Xarici KİV Əbu-Dabidə bir neçə partlayışın baş verdiyini, Dubayda beynəlxalq hava limanının üzərindəki səmada hava hücumundan müdafiə sisteminin işlədiyini bildiriblər.
BƏƏ Müdafiə Nazirliyinin bəyanatına görə, partlayışlar raket və dronların ələ keçirilməsinin nəticəsində baş verir.
Bu səbəbdən Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.