AZ

İran səfiri ilk dəfə Naxçıvana edilən dron hücumundan DANIŞDI

"Mənim aldığım məlumata görə, Naxçıvana edilən dron hücumu İran tərəfindən rəsmi şəkildə qəbul edilməyib. Bu məsələdə şübhəli məqamlar mövcuddur".

Bunu Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu bildirib.

"İndiyə qədər İran Hərbi Qüvvələri rəsmi olaraq Naxçıvana dron atmadıqlarını açıqlayıb. Bu məsələnin araşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq aparılmalıdır. Sizin əlinizdə olan məlumatlar bizə, bizim məlumatlarımız isə sizə lazımdır. Birlikdə işləyərək bu məsələyə uyğun qərarlar qəbul ediləcək", - deyə o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
4
olaylar.az

5Mənbələr