AZ

İran qonşu ölkələrə hücum etməyəcək

BAKI, 7 mart. TELEQRAF

İran qonşu ölkələrə qarşı hücumları yalnız cavab olaraq həyata keçirəcək.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, qonşu ölkələr bundan sonra yalnız İran ərazilərinə hücum etdikdə hədəf alınacaq. Bu barədə müvəqqəti rəhbərlik şurası dünən qərar qəbul edib.

İran mediasında yayımlanan açıqlamada Pezeshkian həmçinin qonşu ölkələrdən son günlərdə həyata keçirilmiş zərbələrə görə üzr istəyib.

Prezidentin sözlərinə görə, bundan sonra regional hücum siyasəti yalnız ərazi müdafiəsi çərçivəsində aparılacaq və qəsdən qonşu dövlətlər hədəf alınmayacaq.

Seçilən
116
2
teleqraf.com

3Mənbələr