AZ

SEPAH-ın yeni komandanına beynəlxalq həbs qərarı – Argentinadan kəskin addım

Argentina hökuməti 1994-cü ildə Buenos-Ayresdəki AMIA yəhudi icma mərkəzində törədilən qanlı terror aktı ilə bağlı yeni və sensasiyalı addım atıb.

Musavat.com xəbər verir ki, Argentina məhkəməsi həmin hücumun təşkilatçısı hesab edilən yüksək rütbəli İran rəsmisinin həbsinə dair beynəlxalq order verib.

Hadisənin ən diqqətçəkən məqamı odur ki, həbs qərarı həmin şəxsin məhz İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbəri təyin olunduğu vaxta təsadüf edir. Argentina prokurorluğu bildirib ki, 85 nəfərin ölümü ilə nəticələnən terror aktının arxasında birbaşa Tehranın o zamankı ali rəhbərliyi və SEPAH-ın xüsusi bölmələri dayanıb.

Rəsmi Buenos-Ayres İnterpola müraciət edərək, bu şəxsin "qırmızı bülleten"lə axtarışa verilməsini və hər hansı üçüncü ölkəyə səfər edəcəyi təqdirdə dərhal saxlanılmasını tələb edib. İran tərəfi isə bu ittihamları "siyasi motivli" adlandıraraq rədd edib. 

Musavat.com

Seçilən
106
musavat.com

1Mənbələr