AZ

Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa

Bakı. Trend:

Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinəmarağının artması müşahidə olunur. Dövlət tərəfindən biznesmühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçiriləntədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsindəqadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığıgenişlənməkdədir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2026-cı ilin 1yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqfəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdisahibkarların 23,7%-ni qadınlar təşkil edir. 2023-cü illəmüqayisədə fərdi qadın sahibkarların sayı 28,5% artıb.

Sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-iQazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdankeçib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyətnövündə mövcud sahibkarların ümumi sayının 38%-ni, “Kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində26,2%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyətsahəsində isə 22,2%-ni təşkil edir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsünəəsasən Qazax-Tovuz (28,7%), Naxçıvan Muxtar Respublikası (27,8%),Gəncə-Daşkəsən (26,2%), Bakı (25,6%), Şərqi Zəngəzur (24,5%)iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə ortagöstəricidən yuxarıdır.

Qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, onlarıniqtisadiyyatda və məşğulluqda rolunun artırılması prioritetlərsırasındadır. Qadınların biznes fəaliyyətinə başlaması vəsahibkarlıq fəaliyyətini genişləndirməsi üçün Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz təlimlərkeçirilir, məsləhət xidməti göstərilir. Daxili bazar araşdırması,sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək, investisiyatəşviqi sənədi, klasterlər üçün şəhadətnamə, qrant, “Startap”şəhadətnaməsi və s. dəstək mexanizmləri vasitəsilə qadınsahibkarlar mövcud güzəştlərdən yararlanır, onların maliyyəresurslarına və satış bazarlarına çıxışı dəstəklənir.

İndiyədək KOBİA tərəfindən 33 qadın sahibkara 500 min manatdançox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsiverilib. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çoxtəlim keçirilib, 2600-dən çox məsləhət xidməti göstərilib, Bakı vəregionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznesplanın hazırlanmasında dəstək təmin olunub. Qadın sahibkarlarınmüraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb.Ümumilikdə 1030-dan çox qadın sahibkarın yerli və beynəlxalqsərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarətşəbəkələrinə çıxışına dəstək göstərilib.

Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərindəavadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxınsahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə580-ə yaxın qadın sahibkar iştirak edib.

KOBİA və tərəfdaş dövlət və özəl qurumların birgə əməkdaşlığıçərçivəsində qadınların biznes fəaliyyətinə cəlb edilməsi vəinkişafını dəstəkləyən “Biznesdə qadınların gücü”, “Uğurlutərəfdaşlıqda xanım sahibkarlar” kimi müxtəlif layihələr həyatakeçirilib.

Seçilən
96
6
az.trend.az

7Mənbələr