AZ

İrana kompleks cavab tədbirləri hazırlanıb Rusiyadakı səfirimiz

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, Bakı Naxçıvana İrandan həyata keçirilən dron hücumuna qarşı kompleks cavab tədbirləri hazırlayıb. AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. “Bakının mövqeyi siyasi, diplomatik və hərbi tədbirləri əhatə edir. Əvvəlcə İranın rəsmiləri izahat verməli, Azərbaycandan üzr istəməli, həmçinin bu terror aktını həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, – deyə Mustafayev bildirib. Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla telefon danışığı zamanı İran ərazisindən Rusiya vətəndaşlarının çıxarılmasında Bakının göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Eyni zamanda, tərəflər ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və Yaxın Şərqdəki hazırkı gərgin vəziyyəti müzakirə ediblər. Moskva regiondakı çətin şəraitdə Rusiya vətəndaşlarının təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib. Onu da qeyd edək ki, Azərbaycan BMT-yə Naxçıvana İran dronlarının hücumu ilə bağlı məktub göndərib. M.Həsənli

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
azvision.az

1Mənbələr