Xaçmaz rayonunda fərdi yaşayış evinin həyətində yerləşən anbardan velosiped və fındıq oğurlanması faktı ilə bağlı məhkəmə araşdırması aparılıb.
Publika.az xəbər verir ki, hadisə 2025-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz rayonunun kəndlərinin birində baş verib.
Məlumata görə, 2009-cu il təvəllüdlü Seymur (adlar şərti verilib - red.) oğurluq məqsədilə zərərçəkmiş Məlikə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub. O, əvvəlcə evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasardan aşaraq həyətyanı sahəyə keçib və anbar kimi istifadə olunan tikilinin pəncərəsindən içəri daxil olub.
Həmin anbardan 2381 manat dəyərində "Stark" markalı "Destroyer" tipli velosiped götürərək hadisə yerindən uzaqlaşıb.
Bundan bir neçə gün sonra isə Seymur eyni niyyətlə yenidən həmin ünvana gələrək anbardan təxminən 20 kiloqram çəkidə, 150 manat dəyərində bir kisə fındıq oğurlayıb. O, fındığı sonradan Xaçmaz–Xudat yolu kənarında yerləşən fındıq qəbulu məntəqəsində 130 manata satıb.