AZ

Səudiyyə Ərəbistanı İranın 2 ballistik raketini zərərsizləşdirib

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda SəudiyyəƏrəbistanının Hava Hücumlarından Müdafiə qüvvələrinə aidzenit-raket kompleksləri ölkənin hava məkanını pozan iki İranballistik raketini zərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Şahzadə Sultan adına aviabazanı hədəf alan iki ballistik raketməhv edilib”, -deyə qurumun press-relizində qeyd olunur.

Digər təfərrüatlar barədə açıqlama verilmir.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın stratejiəhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmişkoordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxilolmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə vəregiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətərvə İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuşaparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dronburaxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəflərivurdu.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hindokeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və buhadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisiolub.

Məqalədə:
Seçilən
82
5
az.trend.az

10Mənbələr