AZ

Tramp İranda quru əməliyyatı ideyasını müzakirə edib

BAKI, 7 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsi və Respublikaçılar Partiyasının nümayəndələri ilə söhbətlərində İranda quru hərbi əməliyyatı keçirmək ehtimalını müzakirə etdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bu müzakirələr zamanı həmçinin İranın yeni hakimiyyətinin ABŞ ilə neft hasilatı sahəsində əməkdaşlıq edə biləcəyi ehtimalını da dilə gətirib. O, bu əməkdaşlığın Venesuela ilə tətbiq edilən mexanizmə bənzər şəkildə qurula biləcəyini qeyd edib.

Telekanalın məlumatına əsasən, ABŞ liderinin hərbi əməliyyatla bağlı fikirləri əsasən məhdud sayda hərbi kontingentin müəyyən strateji məqsədlər üçün istifadə olunması ideyasına yönəlib. Bununla yanaşı vurğulanır ki, Tramp bu məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib və heç bir rəsmi göstəriş verməyib.

Ağ Ev isə "NBC News"un yaydığı məlumatı təkzib edib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, bu xəbər Trampın milli təhlükəsizlik komandasında yer almayan anonim mənbələrin fərziyyələrinə əsaslanır və onların müzakirələrdən xəbərdar olmadığı görünür.

Seçilən
50
teleqraf.com

1Mənbələr