AZ

ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı dörd dəfə artırmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin iri müdafiəşirkətləri silah istehsalının həcmini dörd dəfə artırmaq barədərazılığa gəliblər.

Trend xəbər verir ki, o bubarədə Ağ Evdə hərbi-sənaye kompleksinin aparıcı şirkətlərininrəhbərləri ilə keçirilən görüşdən sonra “Truth Social” sosialşəbəkəsində paylaşım edib.

Tramp qeyd edib ki, görüşdə “BAE Systems”, “Boeing”, “HoneywellAerospace”, “L3Harris Missile Solutions”, “Lockheed Martin”,“Northrop Grumman” və “Raytheon” şirkətlərinin yüksək vəzifəlirəhbərləri iştirak ediblər.

Onun sözlərinə görə, tərəflər mümkün qədər qısa müddətdəmaksimum istehsal səviyyəsinə çatmaq məqsədilə ən müasir silahlarınistehsalını dörd dəfə artırmaq barədə razılaşıblar. ABŞ lideriəlavə edib ki, istehsal güclərinin genişləndirilməsi görüşdəntəxminən üç ay əvvəl başlanıb və artıq bir sıra zavodlar vəistehsal xətləri fəaliyyətə başlayıb.

Tramp həmçinin vurğulayıb ki, ölkənin müxtəlif ştatlarıhərbi-sənaye kompleksinə aid yeni müəssisələrin tikintisi ilə bağlıtenderlərdə iştirak etmək üçün müraciətlər göndərirlər.

ABŞ prezidentinin sözlərinə görə, Amerika hərbi-sənayekompleksinin rəhbərləri ilə növbəti görüşün iki aydan sonrakeçirilməsi planlaşdırılır.

Seçilən
89
az.trend.az

1Mənbələr