Bakı. Trend:
"Orlando Siti"nin transfer etmək istədiyi Antuan Qrizmanngələcəyi ilə bağlı qərarını verib.
Trend xəbər verir ki,"Atletiko"nun fransalı hücumçu MLS klubu ilə danışıqlarıdayandırıb. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
34 yaşlı forvard ən azı yaya qədər İspaniya klubunda qalacaq.Onun La Liqa nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayına kiminəzərdə tutulub.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətindəmeydana çıxdığı 38 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə iləyadda qalıb.