AZ

Ət yeyən qadınlara pis xəbər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qadınlara süd vəzi xərçəngi riskini artıran bəzi gündəlik vərdişlərlə bağlı xəbərdarlıq edilib. Onkoloq Kaylee Bhangdia bildirib ki, həyat tərzində yol verilən bəzi səhvlər sinə xərçəngi ehtimalını artırır.Demokrat.az bildirir ki, onun sözlərinə görə, qidalanmada qırmızı ətin həddindən artıq istifadəsi süd vəzi xərçəngi riskini təxminən 11 faiz yüksəldir. Siqaret çəkmək, eləcə də passiv siqaret tüstüsünə məruz qalmaq isə halların 8 faizində bu xəstəliyin yaranmasına səbəb ola bilər.Həkim əlavə edib ki, qanda şəkərin yüksək olması (6 faiz), artıq çəki və piylənmə (4 faiz), spirtli içkilərdən həddindən artıq istifadə (2 faiz) və fiziki aktivliyin az olması (2 faiz) da əsas risk amilləri sırasındadır.“Bu faktorların hamısı gündəlik vərdişlərlə bağlıdır. İnsanlar həyat tərzində müəyyən dəyişikliklər etməklə süd vəzi xərçəngi riskini azalda bilərlər”, – deyə Kaylee Bhangdia bildirib.Digər onkoloq Marie Ng isə qeyd edib ki, sağlam həyat tərzinin təbliği böyük əhəmiyyət daşıyır.“Əgər həm cəmiyyət səviyyəsində, həm də fərdi şəkildə sağlam həyat tərzi təşviq olunarsa, gələcək nəsillərdə süd vəzi xərçənginin yayılma ehtimalını azaltmaq mümkündür”, – deyə o vurğulayıb.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
demokrat.az

2Mənbələr