Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki,  16-cı tur çərçivəsində iki görüş paytaxtda, biri Gəncədə, digəri isə Tovuzda təşkil olunub.

Bu qarşılaşmalardan üçündə quru hesab qeydə alınıb. Bir oyun isə dörd setdə yekunlaşıb.


Yüksək Liqa

6 mart

XVI tur

   “Turan” – “Abşeron” 3:0 (25:14, 25:14, 25:17)

   “Murov Az Terminal” – “AZERRAIL” 1:3 (21:25, 22:25, 25:18, 22:25)

   “Gəncə” – UNEC 3:0 (25:17, 25:22, 25:22)

   “Gənclər” – “Milli Aviasiya Akademiyası” 0:3 (14:25, 19:25, 13:25)