AZ

İrəvanda MTX binasına “Molotov kokteyli” atıldı

Ermənistanın paytaxtı İrəvanda Milli Təhlükəsizlik Xidmətinin binasına hücum edildiyi bildirilir.

Musavat.com xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, naməlum şəxs MTX binasına “Molotov kokteyli” atıb.

Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan hadisəni törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını və istintaq orqanlarına təhvil verildiyini təsdiqləyib.

Hadisənin motivi ilə bağlı araşdırma aparılır.

 

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr