ain.az, Reyting.az portalına istinadən məlumat yayır.
Çin tezliklə ABŞ-la qarşıdurmada İrana kömək etməyə başlaya bilər.
Reyting.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış mənbələrə istinadla CNN məlumat yayıb.
Məlumata görə, Pekin İslam Respublikasına maliyyə yardımı, eləcə də raketlər üçün ehtiyat hissələri və komponentlər verə bilər. Çinin bu addımı İran neftindən asılılığı ilə əlaqələndirilir.
Kanalın mənbələrindən biri deyib ki, Çin müharibənin bitməsini istəyir, çünki bu müharibə onların enerji təchizatını təhdid edir.
Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatı şərh etmək istəməyib.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.