Çinin radar müşahidə peykləri Süveyş kanalına daxil olan iri hərbi dəniz qruplaşmasını qeydə alıb. Məlumatlara görə, müşahidə edilən donanmanın ABŞ-a məxsus olduğu ehtimal edilir.
Konkret.az xəbər verir ki, yayılan məlumatlarda Çinin radiolokasiya peyklərinin Süveyş kanalı istiqamətində hərəkət edən böyük hərbi dəniz qüvvələrini qeydə aldığı bildirilir. İlkin məlumatlara əsasən, bu qruplaşmanın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus zərbə qruplaşması ola biləcəyi ehtimal edilir.
Məlumata görə, müşahidə olunan donanmanın əsasını ABŞ-ın ən müasir aviadaşıyıcılarından biri hesab edilən “USS Ford” aviadaşıyıcısının təşkil etdiyi ehtimal olunur. Bu tip aviadaşıyıcı zərbə qrupları adətən bir neçə hərbi gəmi, esmines, sualtı qayıq və müşayiət edən digər döyüş vasitələrindən ibarət olur.
Ekspertlərin fikrincə, belə bir qruplaşmanın Süveyş kanalı vasitəsilə hərəkət etməsi ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək niyyətindən xəbər verə bilər. Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən və qlobal hərbi-logistika baxımından strateji əhəmiyyətə malik mühüm marşrut hesab olunur.

Sara