AZ

ABL: “Naxçıvan” “Lənkəran”ı məğlub etdi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu “Naxçıvan”la “Lənkəran” arasında keçirilib.

Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 104:73.

Daha öncə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67) məğlub edib. Tura martın 8-də yekun vurulacaq.

A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
57
8
arena.az

10Mənbələr