AZ

Moskva NATO sərhədlərində “qala” yaradır – Baltikyanıda böyük hərbi hazırlıq

Rusiya Baltikyanı ölkələrlə sərhədlərdə hərbi mövcudluğunu genişləndirir və bölgədə yeni briqadalar formalaşdırır.

Musavat.com xəbər verir ki, Reuters agentliyinə istinadən yayılan məlumatda bu addımların Ukraynadakı müharibə təcrübəsi fonunda atıldığı bildirilir.

Litva hərbi kəşfiyyatının illik təhlükə qiymətləndirməsinə görə, Moskva Ukrayna müharibəsindən əldə etdiyi döyüş təcrübəsini nəzərə alaraq NATO sərhədlərində yeni hərbi bölmələr qurur. Bildirilir ki, bu qüvvələr gələcəkdə alyansla mümkün qarşıdurma zamanı “qala” rolunu oynaya biləcək mövqelərdə yerləşdirilir.

Məlumata əsasən, Rusiyanın müdafiə sənayesi də son dövrdə sürətlə genişlənib. Hesabatda qeyd olunur ki, Çinin dəstəyi ilə Rusiya hərbi istehsalını artırıb və Qərb texnologiyalarından asılılığını qismən azalda bilib. Bu isə müharibədən sonra yaranacaq böyük silah ehtiyatlarının qlobal təhlükəsizlik üçün yeni risklər yarada biləcəyini göstərir.

Eyni zamanda, Reuters bildirir ki, ABŞ-ın İrana qarşı əməliyyatlara başlamasından sonra Rusiya Baltikyanı istiqamətdə əlavə qüvvələr və texnika cəlb edib. Hazırda bölgədə yeni briqadaların yaradılması ilə yanaşı, əlavə hərbi hissələrin tikintisi də aparılır.

Məlumatlarda qeyd olunur ki, Rusiyanın Baltikyanı istiqamətdə hərbi infrastrukturu da genişləndirilir. Yeni uçuş-enmə zolaqları, aerodromlar inşa edilir və bölgəyə elit hərbi bölmələr cəmlənir.

 

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr