AZ

1970 ci illərdə məşhur olan şalvarlar yenidən dəbdədir...

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Vogue jurnalının veb saytında yer alan məlumata görə, 1970-ci illərdə məşhur olan şalvarlar 2026-cı ilin yazında dəbə qayıdıb.

Jurnalistlərin fikrincə, bu şalvarlar qırmızıdır və o dövrdə fərqlənmək və özünü göstərmək istəyən hər kəs üçün mütləq olmalıdır.

Məsələn, Britaniya rok qrupu The Rolling Stones-un solisti Mik Caqqer onları geyinib.

Hazırda bu rəngli şalvarlar Akris, Gabriela Hearst, Prabal Gurung və Sa Su Phi kimi brendlərin yaz/yay kolleksiyalarında peyda olub.

Modellər onları uyğun rəngdə bluzkalar və sviterlərlə, şəffaf toxunmuş toplarla geyiniblər.

…Və martın əvvəlində 1990-cı illərdə məşhur olan ətəklərin 2026-cı ilin yazında dəbə qayıdacağı bildirilmişdi.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
1
sia.az

2Mənbələr