AZ

Onminlərlə döyüşçü İrana yeridildi PAK

Bakupost saytına istinadən ain.az xəbər verir.

PAK (Kürdüstan Azadlıq Partiyası) terror qruplaşması İranla bağlı açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, PAK-ın sözçüsü Xəlil Nadiri İrana əlavə qüvvələr yerləşdirildiyini iddia edib.

“Bizim müharibədə iştirakımız sadəcə İraq Kürdüstan Regionundan qüvvələrimizin hərəkəti ilə məhdudlaşmır. Əsas gücümüz İran ərazisinin daxilindədir”, - o bildirib.

O vurğulayıb ki, onminlərlə qüvvəmiz İran Kürdüstanında yerləşdirilib.

Qeyd edək ki, ABŞ-ın İranda quru əməliyyatları üçün kürd terror qruplaşmaları ilə danışıqlar apardığı bildirilsə də, Tramp islam Respublikasında quru əməliyyatını istisna edib.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
www.bakupost.az

1Mənbələr