AZ

Tramp İranda lider seçimindən danışıb

Vaşinqton, 6 mart, AZƏRTAC

İran bir həftə əvvəlki ölkə deyil. Bir həftə əvvəl onlar güclü idilər, indi isə həqiqətən zəifləyiblər.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib. O, yeni bir liderin seçilməsində iştirak etməli olduğunu bildirib. “Bu, çox asanlıqla işləyəcək. Venesuelada olduğu kimi işləyəcək. Orada çox yaxşı bir liderimiz var. O, gözəl iş görür”, - deyə ABŞ Prezidenti əlavə edib.

Tramp, həmçinin İranda dini liderin olmasına açıq olduğunu bildirib. “Bəli, ola bilər, yəni bu, həmin şəxsin kimliyindən asılıdır. Dini liderlərə qarşı deyiləm. Bir çox dini liderlə iş görürəm və onlar möhtəşəmdirlər. Ədalətli bir lider olmalıdır. Əla iş görməlidir. ABŞ və İsrailə, eləcə də Yaxın Şərqdəki digər ölkələrə yaxşı davranmalıdır”,- deyə o qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
130
3
azertag.az

3Mənbələr