AZ

"Fulhem"in 18 yaşlı yetirməsini 3 İngiltərə nəhəngi istəyir

"Fulhem"in 18 yaşlı müdafiəçisi Samuel Amissa İngiltərənin nəhəng klublarından birinə keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Məlumata görə, onun xidmətində "Arsenal", "Mançester Yunayted" və "Çelsi" maraqlıdır. 

Qeyd edək ki, "bağbanlar"ın öz yetirməsi olan arxa xətt oyunçusu 2024-cü ildən əsas komandada çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Toğrul
 

Seçilən
33
1
fanat.az

2Mənbələr