AZ

Təbiətə 63 min manatdan çox ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən "Unikal"a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63 min 170 manat məbləğində ziyanın dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanılmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Seçilən
52
1
unikal.az

10Mənbələr