AZ

Cio Kristofoli: Bu ilin ortalarında AÇG yatağında yeni qaz layı istismara veriləcək

Bu ilin ortalarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında yeni qaz layı istismara veriləcək. Buradan təxminən 4 trilyon standart kubfut həcmində qaz hasilatı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

O qeyd edib ki, bp-nin Azərbaycandakı iş icra səviyyəsi xüsusi meyarlara görə (fasiləsizlik, etibarlılıq və s.) ən yüksək səviyyədə - 99 faizdir.

“Azərbaycan bizim biznesimizin mühüm hissəsidir, həmçinin maddi cəhətdən də böyük əhəmiyyət daşıyır. “Azəri-Çıraq-Günəşli” yatağı bütün dünyada ən yaxşı, məhsuldar laylara malik olan dünya səviyyəli yataqdır. Laylardan neft vermə əmsalını maksimuma çatdırmaq üzrə göstəricilərimiz dünyada ən yüksək yerlərdən birini tutur. Bu, beynəlxalq şirkətlərin verdiyi hesabatlarda da əks olunub”,- deyə o bildirib.

Cio Kristofoli əlavə edib ki, bu göstəricilər əsas 3 səbəbə görə yüksək səviyyədədir: “Birincisi ildən-ilə laya daxil olmaq sayımızı artırırıq, yəni qazdığımız quyuların sayı ildən-ilə artır. Bu səylər nəticəsində biz 30 faiz səmərəliliyə malik olmuşuq. İkincisi, biz dayanmadan layları gücləndirir, enerji veririk. Təzyiqi artırmaq üçün lazım olan layların içərisinə su və qaz vururuq. Üçüncü məsələ isə, texnologiyadır ki, bizdə ən müasir və yüksək səviyyəli texnologiyalardan istifadə olunur”.

Seçilən
56
1
azerbaijan-news.az

2Mənbələr