Bakı.Trend:
UNEC-də “Dayanıqlı Sosial-İqtisadi İnkişafda Qadınların Rolu”adlı I Beynəlxalq Simpozium keçirilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə UNEC XanımTədqiqatçılar Şurasının təşkil etdiyi simpoziumda UNEC rektoruprofessor Ədalət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadınvə uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova,Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarəHeyətinin sədri Səkinə Babayeva, universitetin əməkdaşları, qadınsahibkarlar və digər qonaqlar iştirak ediblər.
Rəsmi açılışından öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevinbüstünün və şəhidlər abidəsinin önünə gül dəstələri düzərək əzizxatirələrini ehtiramla yad ediblər.
Simpoziumu giriş sözü ilə açan UNEC rektoruprofessor Ədalət Muradov tədbirin əsas məqsədinin qadıntədqiqatçıları və sahibkarları bir araya gətirərək onlarındayanıqlı inkişaf, innovasiya və sosial transformasiyaproseslərində rolunu elmi müstəvidə müzakirə etmək, həmçininbeynəlxalq akademik əməkdaşlıqları və elmi dialoqu genişləndirməkolduğunu qeyd edib. Qadınların iqtisadiyyata verdiyi töhfələristatistik göstəricilərlə təhlil edən rektor bildirib ki, hazırdaqlobal ÜDM-in 37 faizi məhz qadın əməyi nəticəsində formalaşır:“Əgər qadınlar kişilərlə eyni səviyyədə istehsal prosesinə cəlbolunsaydılar, qlobal ÜDM 26 faiz artaraq ABŞ və Çiniqtisadiyyatının birlikdə yaratdığı həcmdən də böyük olardı”.
Rektor UNEC-in elmi fəaliyyətində xanım tədqiqatçıların rolunada diqqət çəkib: “2025-ci ildə Scopus bazasında indekslənən 1120elmi əsərin 33 faizi qadın tədqiqatçılar tərəfindən yazılıb. Buəsərlərin 52 faizi beynəlxalq istinadlar alıb və universitetinümumi istinadlarının 27 faizini təşkil edir”- deyə, bildirib. O,universitetin idarəetmə strukturunda, eləcə də tələbə sayındaxanımların təmsilçilik payına da toxunub.
Sonda Ədalət Muradov təşəbbüs irəli sürüb: “Cənab Prezidentinrəqəmsal platformalara həsr olunmuş müşavirədə rəqəmsaltexnologiyalar və süni intellektin inkişafı ilə bağlı verdiyitapşırıqlara töhfə vermək məqsədilə UNEC-də xanımlar üçün süniintellekt savadlılığı üzrə uzunmüddətli onlayn təlim proqramlarınabaşlamağı təklif edirəm”- deyə, rektor bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova çıxışında gender bərabərliyinin real həyatdatətbiqinin effektiv mexanizmlərindən danışıb. O, elmi mühitdəçalışan alimlərin cəmiyyət üçün nümunəvi model yaratdıqlarınıvurğulayıb: “Cəmiyyətdə alim adı həmişə xüsusi hörmətlə qarşılanır.Bu baxımdan, elmi mühitdə akademik rəhbərlərin mövqeyi cəmiyyətüçün nümunə rolunu oynayır”. B.Muradova elmin missiyasınınbəşəriyyət naminə bilik yaratmaq olduğunu və bu prosesdə qadınlarınpotensialından sistemli istifadənin vacibliyini qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,professor Hicran Hüseynova çıxış edərək UNEC-də xanımların elm vətədris sahəsindəki fəaliyyəti üçün yaradılmış geniş imkanlarıyüksək qiymətləndirib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasınınİdarə Heyətinin sədri Səkinə Babayeva isə güclü ailə modelinin vədüzgün idarəetmənin sağlam cəmiyyət üçün təməl olduğunu qeydedərək, qadınların həm biznesdə, həm də sosial həyatda artanfəallığının ölkənin iqtisadi potensialının güclənməsində həlledicirol oynadığını vurğulayıb.
Sonda UNEC Xanım Tədqiqatçılar Şurasının sədri Nərgiz Hacıyevarəhbəri olduğu şuranın fəaliyyəti barədə məlumat verib. Həmçiningender tədqiqatları, qadınların elmdə roluna həsr olunmuş UNEC-in“International Journal of Gender, Knowledge and Social Futures”adlı beynəlxalq elmi jurnalını və Azərbaycanın 32 qadınınsahibkarlıq fəaliyyətini əks etdirən “Odlar Yurdunun YeddiPortreti” kitabını təqdim edib.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələriqadınlara həsr olunan şeirlər səsləndiriblər.
Simpozium çərçivəsində “Odlar Yurdunun Yeddi Portreti” kitabındabəhs olunan 32 qadın sahibkarın ontropoloji rəsmləri, UNEC DizaynMəktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin Kitabxanaİnformasiya Mərkəzinin kitabları nümayiş olunub.