Martın 8-də Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Turniri start götürəcək.
Apasport.az xəbər verir ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanova (65 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənəcək.
Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.
Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb
Boksçumuz "Strandja" turnirində növbəti mərhələyə yüksəlib
Boksçumuz erməni rəqibinə qalib gəldi - BEYNƏLXALQ TURNİRDƏ
Boksçularımız beynəlxalq turnirə qələbə ilə start verib
Yeniyetmə boksçuların Azərbaycan çempionatında rekord iştirak