AZ

AİB və Gürcüstan ölkənin Orta Dəhlizdəki rolunun gücləndirilməsini müzakirə edib

Bakı. Trend:

Asiya İnkişaf Bankının prezidenti Masato Kanda bankın ölkənin ənböyük inkişaf tərəfdaşlarından biri kimi Gürcüstana dəstəyəsadiqliyini təsdiqləmək məqsədilə Gürcüstanın Baş naziri İrakliKobaxidze ilə görüşüb.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Gürcüstanın 2007-ci ildə banka üzv olmasından bəri AİB ölkəyəkreditlər, qrantlar və texniki yardım şəklində təxminən 6 milyarddollar vəsait ayırıb. Bu məbləğin 1 milyard dollardan çoxu özəlsektora investisiyalar vasitəsilə yönəldilib.

“AİB Gürcüstanın iqtisadi inkişafını dəstəkləməyə və ölkəninbütün vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmağa sadiqdir.Tərəfdaşlığımız möhkəmdir və daha böyük təsir əldə etmək üçün onugenişləndirmək niyyətindəyik. Zəruri əhəmiyyətliinfrastrukturlardan başlayaraq özəl sektorda innovativinvestisiyalara qədər biz Gürcüstanın Asiya ilə Avropanıbirləşdirən regional körpüyə çevrilmək səylərini dəstəkləməyə davamedəcəyik”, – deyə Masato Kanda bildirib.

Məlumata görə, müzakirələr zamanı nəqliyyat əlaqələriningücləndirilməsi və Gürcüstanın Orta Dəhliz boyunca rolununartırılması məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki,həyata keçirilən layihələrin təsiri ölkə hüdudlarından kənaraçıxaraq bütün region üçün fayda gətirir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
120
az.trend.az

1Mənbələr