Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə qüvvələri bu gün İranın 9 ballistik raketini aşkarlayaraq məhv edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bundan başqa, 112 pilotsuz uçuş aparatı aşkar edilib, onlardan 109-u ələ keçirilib, 3-ü isə ölkə ərazisinə düşüb.
"İranın açıq təcavüzünün başlanmasından bəri 205 ballistik raket aşkar edilib, onlardan 190-ı məhv edilib, 13-ü dənizə, 2 raket isə dövlətin ərazisinə düşüb. Bununla ynaşı, İrana məxsus 1 184 pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 1 110-u ələ keçirilib, 74-ü ölkə ərazisində vurulub", - məlumatda qeyd olunub.
Bildirilib ki, zərərçəkənlərin sayı 112 nəfərə çatıb, onların arasında BƏƏ, Misir, Efiopiya, Filippin, Azərbaycan, Bəhreyn, Türkiyə və digər ölkələrin vətəndaşları var.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.