AZ

Pakistanın İrandakı səfirliyinin 10 əməkdaşı təxliyə edilib

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, az öncə Pakistanın İrandakı səfirliyinin 10 əməkdaşı sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər zəruri prosedurlardan keçib. Bütün prosedurlar tamamlandıqdan sonra onların təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Seçilən
88
2
azerbaijan-news.az

10Mənbələr