AZ

Gəncədə gənci avtomobil vurdu 

Gəncədə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 2008-ci il təvəllüdlü H.Ağazadə yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan gənc oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
76
6
unikal.az

10Mənbələr