AZ

İpoteka müraciətlərinin qəbulu başladı

İpoteka müraciətlərinin qəbulu başladı

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrıldığı qeyd olunub.

Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart 2026-cı il saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart 2026-cı il saat 11:00-dan başlanılıb. Məlumata görə, müraciətlər “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə və şəffaf şəkildə qəbul edilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilib. Tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.

Qeyd etmək lazımdır ki, elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1522 şəxsin (ümumi müraciət 9019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 şəxsin (ümumi müraciət 4369) müraciəti qeydə alınıb.

Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir. İnformasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır.

Seçilən
92
29
afn.az

10Mənbələr