“Real” İspaniya çempionatı çərçivəsində “Selta” ilə keçiriləcək səfər matçı öncəsi ciddi itkilərlə üzləşib.
Msport.az xəbər verir ki, müxtəlif zədələr və cəzalar səbəbindən “Real”ın 9 futbolçusu sözügedən qarşılaşmanı buraxmalı olacaq.
Beləliklə, Kilian Mbappe, Cud Bellingem, Rodriqo, Eder Militao, Dani Sebalyos, David Alaba, həmçinin cəzalı olan Franko Mastantuono, Alvaro Karreras və Din Heyzen matçda iştirak etməyəcəklər.
Bununla yanaşı, Raul Asensionun meydana çıxıb-çıxmayacağı da sual altındadır. Yaranmış problemlər fonunda rəhbərlik akademiyanın 8 oyunçusunu əsas komandanın məşqlərinə cəlb edib.
Qeyd edək ki, hazırda Madrid təmsilçisi La Liqa cədvəlində lider “Barselona”dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Selta” – “Real” matçı sabah baş tutacaq.