AZ

Yanvarda Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 400 milyon dollara yaxınlaşıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan və Müstəqil Dövlətlər Birliyi(MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 392,2 milyonABŞ dolları təşkil edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eynidövrü ilə müqayisədə 164,2 milyon ABŞ dolları və ya 1,4 dəfəazdır.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilinyanvar ayında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,6%artaraq 125,7 milyon ABŞ dolları, idxalının dəyəri isə 1,6 dəfəazalaraq 266,5 milyon ABŞ dolları olub.

Hesabat ayı ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracındapayı 5,62%, idxalında payı isə 20,47% olub.

Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarətdövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus və Ukrayna iləformalaşıb.

Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 244,9milyon ABŞ dolları (1,7 dəfə az), Belarus ilə 38,9 milyon ABŞdolları (+17,4%), Ukrayna ilə isə 35,5 milyon ABŞ dolları (-20%)təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Məqalədə:
Seçilən
89
az.trend.az

1Mənbələr