AZ

“Bəlkə bombardmandan sağ çıxaram, amma bu stressdən yox” Tehran sakini

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Yaxşı deyiləm. Davamlı partlayış səslərinə görə dünən gecə demək olar ki, heç yata bilmədim”.

Yeniavaz.com xəbər verir ki, bunu Tehranda yaşayan bir iranlı BBC-yə müsahibəsi zamanı bildirib.

O, şəhərə endirilən zərbələr nəticəsində evinin təxminən beş dəqiqə fasiləsiz titrədiyini deyib.

Bir qadın isə vəziyyəti belə təsvir edib:

“Dəhşətli idi. O qədər güclü zərbələr endirirdilər ki, bütün pəncərələr titrəyirdi. Sanki əjdaha nərildəyirdi”.

Özünü Salar kimi təqdim edən bir kişi isə bildirib ki, bu səhər saat 05:00-da partlayış səsinə oyanıb:

“Artıq bir həftədir ki, qan təzyiqim düşmür. Bu vəziyyət mənim üçün həqiqətən yaxşı deyil. Hazırda gündə doqquz həb qəbul edirəm və yenə də stress keçirirəm. Düzünü desəm, bəlkə bombardmandan sağ çıxaram, amma bu stressdən yox”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
yeniavaz.com

1Mənbələr