AZ

Eldar İbrahimov: Qalib xalqın nümayəndələri kimi daha da qürurluyuq

Bakı, 6 mart, AZƏRTAC

Biz 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını (YAP) Naxçıvan Dövlət Milli Dram Teatrının binasında yaratdıq. Həmin gün yaxşı yadımdadır – Naxçıvanda hava çox soyuq idi, hamı palto və papaqda zalda oturmuşdu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il - Bir qərinəlik yol” adlı tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

“Biz Ulu Öndər kimi dahi şəxsiyyətin yaratdığı partiyanın üzvü olduğumuz üçün qəlbimiz böyük qürur hissi ilə dolu idi. Bu qürur hissi bu gün də dəyişməyib. Əksinə, indi biz qalib Azərbaycanın, qalib xalqın nümayəndələri kimi daha da qürurluyuq”, - deyə E.İbrahimov bildirib.

Deputat illər ərzində ölkəmizin keçdiyi ağır və keşməkeşli yolu xatırladaraq əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada güclü, nüfuzlu və inkişaf edən dövlət kimi tanınır.

Seçilən
111
1
azertag.az

2Mənbələr