AZ

Türkiyədən beş ölkəyə uçuşların təxirə salınması müddəti uzadılıb

Türkiyədən beş ölkəyə - İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşların təxirə salınması müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə aviaşirkətləri bu ölkələrə martın 9-dək uçuş həyata keçirməyəcək.

Nazir həmçinin bildirib ki, İranın Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumuna görə AZAL-a məxsus iki təyyarə İğdır Şəhid Bülənt Aydın Hava Limanına enib və sərnişinlər təhlükəsiz şəraitdə avtobuslarla Naxçıvana çatdırılıblar.

Qeyd edək ki, aviareyslər əvvəlcə martın 6-dək təxirə salınmışdı.

Seçilən
120
far.az

1Mənbələr