AZ

Dubayda raket HƏYƏCANI: Sakinlərə sığınacaqlara keçmək TAPŞIRILDI

Dubay sakinlərinə raket xəbərdarlığı verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu gün Dubay sakinləri mobil telefonları vasitəsilə ölkənin Daxili İşlər Nazirliyindən təcili xəbərdarlıq mesajları alıblar. İrandakı münaqişə fonunda yaranan mümkün “raket təhlükəsi” səbəbindən vətəndaşlardan dərhal sığınacaqlara yerləşmək və ehtiyat tədbirləri görmək tələb olunub.

“Mövcud vəziyyət və potensial raket təhdidləri ilə əlaqədar dərhal ən yaxın təhlükəsiz binaya sığının və pəncərələrdən, qapılardan, həmçinin açıq sahələrdən uzaq durun”, – deyə nazirliyin rəsmi bildirişində vurğulanıb.

Hazırda şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb və vətəndaşlara yalnız rəsmi məlumatlara etibar etmək tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
81
interpress.az

1Mənbələr