Avropa Komissiyası Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün Şengen zonasına vizasız rejimi dayandırıb.
Musavat.com xəbər verir ki, müvafiq açıqlama Komissiyanın saytında yerləşdirilib: "Bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırır. Artıq onlardan rəsmi məqsədlər üçün Şengen zonasına daxil olmaq üçün viza tələb olunur".
Avropa Komissiyası qərarın Gürcüstanın "viza ləğvi qaydaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri" pozması ilə əsaslandırıb.
Musavat.com