AZ

BƏƏ-də fövqəladə vəziyyət elan edildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)  fövqəladə vəziyyət elan olunub. 

“Cebheinfo.az” BƏƏ mediasına istinadən xəbər verir ki, ölkə rəhbərliyi İranın raket və dron hücumları təhlükəsinə görə ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Ölkənin Daxili İşlər Nazirliyi artıq gücləndirilmiş iş rejiminə keçib. 

Nazirlik sakinlərə raket və dron hücumları zamanı dərhal ən yaxın təhlükəsiz yerlərə sığınmaqla bağlı təlimat verib. Əhaliyə pəncərələrdən, qapılardan və açıq ərazilərdən uzaq durmaq tövsiyə olunub. 

Qeyd edək k fövqəladə vəziyyət BƏƏ Müdafiə Nazirliyi tərəfindən İranın raket və dron hücumları təhlükəsinə qarşı müdafiə tədbirlərinin elan edilməsindən təxminən bir gün sonra elan olunub. 

Rəsmi məlumatda qeyd olunur ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən atıldığı bildirilən 6 raket və 131 dronu zərərsizləşdirib. 

Seçilən
57
1
cebheinfo.az

2Mənbələr