Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Polşa şərq bölgələrində hava məkanını üç ay müddətinə bağlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Aeronaviqasiya Agentliyi (PAŻP) məlumat yayıb.
Bildirilib ki, uçuşlara qadağa Polşa ordusunun operativ komandanlığının tələbi əsasında, “dövlət təhlükəsizliyinin təmin edilməsi zərurəti” ilə əlaqədar tətbiq olunur.
Məhdudiyyətlər Belarus və Ukrayna ilə sərhəd bölgələrinə şamil ediləcək. Qərara əsasən, qadağa 10 mart 2026-cı il tarixindən 9 iyun 2026-cı ilədək qüvvədə olacaq.
Məlumata görə, qərar son vaxtlar hava məkanının pozulması hallarının artması fonunda qəbul edilib. Bu hadisələrə naməlum obyektlərin və pilotsuz uçuş aparatlarının (PUA) uçuşları da daxildir.
Qadağa 3 kilometrdən aşağı hündürlükdə uçan bütün hava gəmilərinə aid olacaq və uçuşa qadağa zonası sutkanın 24 saatı qüvvədə olacaq. Yalnız mülki və sanitar aviasiya təyyarələri üçün istisna tətbiq ediləcək. Lakin bu uçuşlar da xüsusi icazə əsasında həyata keçiriləcək.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.