AZ

Şimali Kipr Naxçıvana dron hücumunu qətiyyətlə pisləyir

Ankara, 6 mart, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasına dron hücumunu qətiyyətlə pisləyib.

AZƏRTAC xəbər verir ki, ŞKTC Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır: “İranın gərginliyə qarışmayan ətrafındakı ölkələrə hücumları qəbuledilməzdir”.

Bəyanatda qeyd edilir: “Biz regionda gərginliyi daha da artıra biləcək addımların qəbuledilməzliyini vurğulayırıq.

ŞKTC dost və qardaş Azərbaycanı dəstəkləməyə davam edəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
78
2
azertag.az

3Mənbələr