AZ

İranı kimin və hansı qaydada idarə etdiyi ilə bağlı dəqiq məlumat yoxdur Deputat

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İranın səfirliyinə getdi və Xameneinin vəfatı ilə bağlı başsağlığı verdi. Azərbaycan qonşu dövlət kimi İrana qarşı neytral mövqe nümayiş etdirdi. Ondan bir gün sonra isə Naxçıvana İran tərəfindən PUA hücumları oldu. Təbii ki, bu, qətiyyən qəbulolunmaz haldır və çox ciddi təxribatdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Elşad Musayev səsləndirdi.

O bildirdi ki, öz ölkəsinin əhalisinə qarşı vəhşi siyasət aparan bir dövlətdən belə addımları gözləmək olar:

"Çünki İran tərəfindən digər qonşu dövlətlərə qarşı da belə hücumlar olub. Amma nəzərə alaq ki, həmin qonşu dövlətlərdə Amerika Birləşmiş Ştatlarının hərbi bazaları var. Azərbaycanda isə belə baza yoxdur. Ona görə də İranın Azərbaycana, Azərbaycanın Naxçıvan bölgəsinə PUA hücumu ölkəmizdə qətiyyətlə pisləndi və lənətləndi. Azərbaycan Prezidenti də buna çox sərt reaksiya verdi. İranın xarici işlər nazirinin müavininin bir bəyanatı var və o deyir ki, bu hadisədən xəbəri yoxdur. İran tərəfi belə bir açıqlama vermək məcburiyyətindədir: bu hücum hansı tərəfdən həyata keçirilib, kimin əmri ilə baş verib? Bildiyiniz kimi, İranda dini rəhbər Amerika-İsrail qüvvələri tərəfindən aradan götürüldükdən sonra idarəetmənin özündə bir xaos yaranıb. Ölkəni kimin və hansı qaydada idarə etdiyi ilə bağlı dəqiq məlumat yoxdur. Ona görə də hakimiyyətin öz daxilində müəyyən çaşqınlıq var və vəziyyət olduqca gərgindir. Belə bir şəraitdə İran ilk növbədə qonşuları ilə normal münasibətləri qorumağa məcburdur. Amma təəssüflər olsun ki, belə olmadı. Mən düşünürəm ki, bu hadisənin hansı tərəfdən baş verdiyi açıqlanacaq. Azərbaycan Prezidentinin də tələbi bundan ibarət idi. Bunu müxtəlif istiqamətlərdən izah etmək olar, amma fakt dəyişmir, İran tərəfindən Azərbaycan ərazisinə hücum olunub və bununla bağlı İran tərəfi hələlik məlumat verməyib. Ona görə də İran rəhbərliyi, ümumilikdə isə İran hakimiyyəti bu hadisələrə görə məsuliyyət daşıyır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
redaktor.az

2Mənbələr