"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.
Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.