AZ

Avtobus qəzasında xəsarət alanların sin durumu açıqlandı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatı

06.03.2026-cı il tarixində saat 07:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə  yol-nəqliyyat hadisəsi səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə, 1 nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir.


Telegram kanalımız
Seçilən
132
yenisabah.az

1Mənbələr