AZ

“Molla rejimi məhvindən qabaq hər kəsə zərər verməyə çalışır” Deputat

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Naxçıvana dron hücumu İran rejiminin aqoniyasının təzahürüdür. Rejim tam olaraq ağlını itirərək bütün qonşu ölkələrə, o cümlədən Türkiyəyə, Azərbaycana raketlərlə, dronlarla hücum edir. Həm də əsasən müsəlman ölkələrini hədəf seçib”. 

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə İran rejiminin Naxçıvana dron hücumu barədə danışarkən deyib.

“Bu, böyük bir cinayətdir, terror hadisəsidir. Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bəyan etdi ki, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Prezident bildirdi ki, “Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”. Bəli, Azərbaycanın “Dəmir yumruğ”u yerindədir, və bununla üzləşmək istəmirlərsə, səslərin çıxarmayıb sussunlar, öz cinayətlərinə son qoysunlar. Əks halda Azərbaycan qardaş və müttəfiq Türkiyə ilə birgə onlara layqli cavabı hər zaman verməyə qadirdir”, - deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə sabitliyi qorumağa qadirdir və insanlığa qarşı fəaliyyət göstərən cinayətkar rejim artıq ölmək üzrədir, məhvindən qabaq istəyir ki, imkanı çatdığı qədər hər kəsə zərər versin.

A.Mollazadə hesab edir ki, İran tərəfindən verilən təkzib bəyanatlarının heç bir əsası yoxdur:

“Yalan danışırlar, onların nəfəsləri gedir-gəlir, yalandır. Hər bir sözləri yalandır. Onlardan həqiqəti söyləmələrini gözləmək sadəlövhlük olardı. Yalan danışırlar, layiq olduqları cəzanı da alırlar və daha sərt cəza ilə də üzləşəcəklər”.

A.Mollazadə dünya liderlərinin hadisəyə reaksiyalarına, Prezident İlham Əliyevə telefon zənglərinə də toxunub, bunu ölkəmizə beynəlxalq səviyyədə dəstək və həmrəyliyin ifadəsi kimi xarakterizə edib:

“Bütün bunlar Azərbaycanın önəmli ölkə olduğunu, nüfuzunu və dostlar münasibətlərini göstərdi. Azərbaycana dəstək məhz ona görə verilir ki, ölkəmiz hər zaman haqqın, ədalətin tərəfdarı olub”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
153
525.az

1Mənbələr