AZ

Moldova–Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının bu il keçirilməsi planlaşdırılır – Mixay Popşoi

Bakı. Trend:

Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarasıkomissiyasının növbəti iclasının 2026-cı ildə keçirilməsiplanlaşdırılır.

Trend xəbər verir ki, bunu Moldovanın Başnazirinin müavini və xarici işlər naziri Mixay Popşoi BakıdaAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilənmətbuat konfransında deyib.

“Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyası ümumi fəaliyyətlərin əlaqələndirilməsi və qarşılıqlıfaydalı nəticələrin əldə olunması üçün mühüm platforma kimiqalmaqdadır. Komissiyanın sonuncu – altıncı iclası 2025-ci ildəBakıda keçirilib. Növbəti iclasın isə bu il keçirilməsiplanlaşdırılır”, – deyə Popşoi bildirib.

O, həmçinin qeyd edib ki, Moldova Azərbaycan tərəfindən həyatakeçirilən layihələri, o cümlədən Moldovanın Qaqauz Muxtarbölgəsində yerləşən Çadır-Lunqa şəhərində Mədəni Təhsil Mərkəzinintikintisini yüksək qiymətləndirir.

Nazirin sözlərinə görə, Moldovada prioritet təşəbbüslərdəAzərbaycan şirkətlərinin iştirakı da alqışlanır.

Məqalədə:
Seçilən
89
az.trend.az

1Mənbələr